Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Arzuman Muradlıdan xəbərdarlıq

Arzuman Muradlıdan xəbərdarlıq

“Son bir aydır ölkədə mövcud olan virtual mediada və eyni zamda bəzi yazılı mətbuat orqanlarında haqqımda bu və ya digər şəkildə yalan və böhtan dolu xəbərlər yayılmaqdadır.Hesab edirəm ki, belə xəbərlərin kütləviləşdirilməsi və haqqımda olmazın böhtanların atılması kimlərinsə sifarişidir”.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri adı qumar qalmaqalında halllandırılan Arzuman Muradlı bildirib.

Arzuman Muradlı qeyd edib ki, KİV-də qumarxana kimi göstərilən restoranların ona yaxından və ya uzaqdan hansısa bir aidiyatı yoxdur.

“İstənilən media təmsilçilərini adları sadalanan restoranlara gedib öz gözləri ilə müşahidə etsinlər.Əgər doğurdan da onların yazdıqları kimi qanunsuz hər hansı bir fəaliyyət aşgar olunsa, o zaman istədiklərini yaza bilərlər.Amma mən uzun illərdir elmi yaradıcılıqla yanaşı,eyni zamanda da biznes fəaliyyəti ilə məşğulam. Biznes fəaliyyəti ilə məşğul olmaq o demək deyil,adları sadalanan restoranlar mənimdi. Bir məsələni də diqqətinizə çatdırım ki, hansısa mətbəxlərdə hazırlanaraq KİV-nə ötürülən bu şər və böhtanlar daha çox şəxsimə qarşı yönəlib.Mən sizin vasitənizlə belə böhtanlar yağdıran KİV-nə səslənirəm və bildirirəm ki, əgər haqqımda bu və ya digər şəkildə böhtan dolu xəbərlərlə dayandırmaqla yanaşı, eyni zamanda da yaydıqları xəbərlərlə bağlı təkzib yayımlamazlarsa, o zaman şərəf və ləyaqətimi,cəmiyyət içərisindəki nüfuzumu qorumaq məqsədi ilə məhkəməyə müraciət edəcəm və məhkəmə müstəvisində hüquqlarımı müdadiə edəcəm”.

Həmçinin oxuyun

MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçiriləcək iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə …

Bir cavab yazın