Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Arif Hacılı: “Minsk Qrupu adlı qurum mövcuddurmu?”

Arif Hacılı: “Minsk Qrupu adlı qurum mövcuddurmu?”

“ABŞ Dövlət katibi Blinken səfir Filip Rikeri ATƏT-in Minsk Qrupunun həmsədri təyin etdiyini bəyan edib. Hansı Minsk Qrupunun? Ümumiyyətlə, “Minsk Qrupu” adlı qurum mövcuddurmu? Həmsədrlərlərdən biri F.Rikerdirsə, başqaları kimlərdir?”

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

“Rusiyanın Ukraynaya təcavüzündən sonra heç bir platformada Rusiya ilə əməkdaşlıq etməyən ABŞ, mövcud olmayan Minsk Qrupunda Rusiya ilə əməkdaşlıqmı edəcək?” – A.Hacılı qeyd edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …