Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Araz Əzimov Ceyhun Bayramovla görüşdə yuxuya getdi – FOTO

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yuxuya getdi – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib. C.Bayramov diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.

Yenisabah.az xəbər verir ki, görüş zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov yuxuya gedib. Bu barədə foto sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub. 

Qeyd edək ki,  A.Əzimov 27 ildir ki, bu vəzifədədir.

Araz Əzimov Ceyhun Bayramovla görüşdə yuxuya getdi – FOTO
Araz Əzimov Ceyhun Bayramovla görüşdə yuxuya getdi – FOTO

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …