Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “ARAZ ƏLİZADƏNİN DEPUTAT OLMASI ANORMALLIQDIR” – “Onun adını “azar” qoydum”

“ARAZ ƏLİZADƏNİN DEPUTAT OLMASI ANORMALLIQDIR” – “Onun adını “azar” qoydum”

“Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır”

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib. O, deyib ki: “Mən əvvələr də deyirdim ki, sosial şəbəkələrdə normal adamlar olmur. İndi də bu fikirdə qalıram”.

Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca açıqlamasına Araz Əlizadəni bu fikirlərinə görə sərt qınayıb: “Araz Əlizadənin deputat olması anormallıq hesab edilməlidir. Bu adamın məntiqinə, ağılına baxın. Sosial mediada görün kimlər var: Ölkə rəhbərləri, prezident köməkçiləri, hətta onun deputat yoldaşları hamısı sosial mediadadır. Bunları təhqir edən adamdan deputat olarmı?! Bu adam başdan-ayağa xəstəlikdir və ona görə də mən onun adını “azar” qoydum. Belə adamın deputat olması mənim şərəfimə toxunur. Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …