Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ana Vətən Partiyası Strazburqdakı tədbirlə bağlı bəyanat verdi

Ana Vətən Partiyası Strazburqdakı tədbirlə bağlı bəyanat verdi

Ana Vətən Partiyası “Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində Azərbaycanın təşkilatçılığı ilə keçirilən və sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ekspertlər, siyasi və ictimai xadimlərin iştirak etdiyi “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” Beynəlxalq Forumunu zamanında və dəqiqliklə atılmış kimi dəyərləndirir. Multikulturalizmin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyi müasir dövrdə müşahidə olunan münaqişələrin böyük əksəriyyəti məhz milli separatizm ideyalarının nəticəsi kimi meydana çıxmış, nəticədə minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar öldürülmüş, insanlar girov götürülmüş, kənd və qəsəbələr dağıdılmış və milyonlarla qaçqın ordusu yaranmışdır.
Təəssüf ki dünyada baş vermiş separat hərakatlar ölkəmizdən də yan keçməmiş, torpaqlarımızın beşdə bir hissəsi işğal olunmuş, minlərlə soydaşımız qətlə yetirilmiş, kənd və şəhərlərimiz dağıdılmış, milyona yaxın vətəndaşımız dogma yurdlarından qaçqın düşmüşdür. Bununla da dövlətimizin ərazi bütövlüyü pozulmuş, xalqların birgəyaşayışına inam sarsılmış, yaşadığımız regionda sülhə, sabitliyiə və təhlükəsizliyə təhdid yaranmışdır.
Ana Vətən Partiyası dünyada sülhün və əmin-amanlığın təmin olunması məqsədilə 31 ölkənin nümayəndəsinin daxil olduğu “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyir və əminik ki, təşkilat dövlətlərin, xalqların, millətlərin hüquqlarına hörmətlə yanaşacaq, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipini qəbul edərək millətlərin sabitlik və təhlükəsizlik şəraitində yaşaması üçün əlindən gələni əsirgəməyəcəkdir.

Ana Vətən Partiyasının
Mərkəzi Şurası
21 noyabr 2017-ci il

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …