Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” – Merkeldən Əliyevə

“Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” – Merkeldən Əliyevə

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel prezident İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib. 

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …