Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Aksiya artıq öz nəticəsini verməkdədir” – Ərəstun Oruclu

“Aksiya artıq öz nəticəsini verməkdədir” – Ərəstun Oruclu

“Keçirilən aksiyanın Laçın üzərində təxminən məqsədini anlayıram. Bu, əlbəttə ki, bölgədə yerləşdirilmiş missiyasını yerinə yetirməyən, əksinə separatçılarla əl-ələ verərək fəaliyyət göstərən “sülhməramlı”lara, həmçinin onları idarə edən rəsmi Moskvaya münasibətin ifadəsidir. Yəni, Azərbaycan tərəfi bildirmək istəyir ki, biz buna dözümlü yanaşa bilmərik”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq qeyd edib ki, sülhməramlılar oradakı qeyri-qanuni silahlı erməni birləşmələrinə təlimlər keçirlər.

“Düşünürəm ki, aksiya artıq az da olsa effekt verdi.Yəni, Rusiya gördü ki, Azərbaycan buna etiraz edə bilər və edir. Bu aksiyanın effekt verməsi üçün davamlılığı lazımdır. Digər yumşaq güclərindən, vasitələrindən istifadə etməklə, təsir etmək lazımdır. Məsələn, Laçın dəhlizi üzərindən gömrük sərhəd məntəqəsi qurmaq və həmin o məntəqələri Azərbaycan Silahlı Qüvvələrinin köməkliyi ilə mühafizə etmək lazımdır. Həmçinin, Rusiyaya anlatmaq ki, Laçın dəhlizinə nəzarət ən azı birgə həyata keçirilməlidir. Bu son dərəcə vacibdir. Bu halda Rusiya məcbur olacaq hesablaşsın. Biz öz ərazimizi daha çox təhlükəsizləşdirmiş olacağıq. Həmin ərazilər üzərində öz suverenliyimizi təmin etmiş olacağıq. Bir tək etiraz aksiyasıyla güman etmirəm ki, nəticə əldə etmək mümkündür. Nəticə psixoloji təsir olacaq. Rusiyada nəzərə alacaqlar ki, Azərbaycanla hesablaşmalıdırlar. Bundan artıq nəticə olmayacaq. Dediyim kompleks tədbirlər həyata keçiriləcəyi halda Rusiya sadəcə məcbur olacaq ki, dəhlizə ən azı birgə nəzarətə razılaşsın. Bu isə çox ciddi uğur qazanmaq demək olacaq”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …