Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ağdam məscidindən gətirilən kaşı parçası… – Səfirin paylaşımı

Ağdam məscidindən gətirilən kaşı parçası… – Səfirin paylaşımı

2000-ci ildə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Kerri Kavano işğal altındakı Dağlıq Qarabağdan qayıdarkən Ümummilli lider Heydər Əliyevə ermənilərin viran qoyduqları Ağdam məscidinin minarəsindən qopub düşmüş bir kaşı parçası gətirmişdi. Gözlənilməz hədiyyə mərhum dövlət başçısını xeyli duyğulandırdı. Gözlərində yaş parladı.

Bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook” səhifəsində yazıb.

Səfir daha sonra əlavə edib: “Kaşı parçasını bir müddət ovcunda sıxıb dayandı. Sonra sakit, amma qətiyyətli səslə: “Qoy bütün dünya bilsin, biz işğal altındakı torpaqlarımızı son qarışına qədər azad edəcəyik! Xəyalların gerçəyə çevrildiyi günlərdə yaşayırıq”. Azvision.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …