Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət /  Nəsimi rayonunda yeni dünyaya gəlmiş uşaqlara doğum şəhadətnamələri verildi
????????????????????????????????????

 Nəsimi rayonunda yeni dünyaya gəlmiş uşaqlara doğum şəhadətnamələri verildi

Nəsimi rayonunda 1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir. Növbəti tədbir Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə  Kliniki Tibbi Mərkəzin doğum şöbəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  keçirilib.
Nəsimi rayon Qeydiyyat şöbəsi əməkdaşları burada dünyaya gələn 70-dən  artıq uşaqlara şəhadətnamə veriblər.Yeni doğulan uşaqların adları bir-bir çəkildikdən sonra valideyinlərə doğum şəhadətnaməsi ilə yanaşı, hədiyyələr də təqdim edilib.
Tədbirdə Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon Qeydiyyat Şöbəsinin müdiri Aynur Sabitova və Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək uşaqları təbrik etmiş, valideynlərə uşaqların sağlam, gümrah böyüməsi və tərbiyəsi istiqamətində məsləhətlər vermişlər.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın