Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Ərdoğan Şuşanın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi

Ərdoğan Şuşanın işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi

“Azərbaycanlı qardaşlarımızın Şuşa zəfərini təbrik edirəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kocaeli vilayətində keçirilən konqresdəki çıxışında belə bildirib.

R.T.Ərdoğan deyib ki, 30 ildir, ATƏT-in Minsk qrupu tərəfindən aldadılan Azərbaycan Ordusu öz gücü ilə nəhayət bu qələbəyə nail olub: “Azərbaycanlı qardaşlarım adətən danışıqlar masasında səbir etdi və qələbəyə nail oldu. Türkiyə hər zaman qeydsiz-şərtsiz  azərbaycanlı qardaşlarının yanında oldu. Ermənistanın hücumlarının başlatdığı münaqişənin ardından addım-addım torpaqlarını işğaldan qurtaran Azərbaycan Qarabağı müstəqilliyinə qovuşduran azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Bir daha qardaşım İlham Əliyev başda olmaq üzrə bütün Azərbaycan xalqını şəxsim, ailəm, millətim adına təbrik edirəm”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …