Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ərdoğan 20 Yanvar şəhidlərini andı

Ərdoğan 20 Yanvar şəhidlərini andı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 Yanvar şəhidlərini yad edib.

Ərdoğan bununla bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.

“28 il öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərinə şərikik. Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olacağıq”, – deyə Ərdoğan yazıb.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar həştəqindən istifadə edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …