Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Əlizamin Salayevi kimsə məcbur etməyib ki, aclıq elan et…” – DEPUTAT

“Əlizamin Salayevi kimsə məcbur etməyib ki, aclıq elan et…” – DEPUTAT

Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı AXCP-nin həbsdə olan üzvü Əlizamin Salayevin 100 gündən artıqdır, aclıq aksiyası keçirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında deyib ki, aclıq aksiyası keçirmək Əlizamin Salayevin şəxsi işidir.

“Onu kimsə məcbur etməyib ki, aclıq elan et. Özü elan etdiyi kimi, yəqin, özü də aclığını dayandıracaq. Doğrudur, hər adam bunu bacarmır, amma real həyat təcrübəsi göstərir ki, insan uzun müddət ac qala bilir. Fevral ayında Türkiyədə baş verən zəlzələ zamanı bunun şahidi olduq”, – deputat bildirib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …