Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Əlim çatsa Milli Məclisdə oturanları gülləliyərəm” – Şeyx əsəbləşdi

“Əlim çatsa Milli Məclisdə oturanları gülləliyərəm” – Şeyx əsəbləşdi

“Mənim dövlətlə qəti işim yoxdur, mənim işim hakimiyyətlədir. Dövlətin rəhbəri var, dövlətin porezidenti var. Nə işlər görür hamının gözünün qabağındadır. Mənim bir sualım var. Bu Azərbaycanda məhkəmə strukturu var? Belə bir struktur işləmirsə, kimə lazımdır? Nələr deyirlər, nələr yazırlar sənin Ali Məhkəmənin sədrindən Ədliyyə Naziriliyinə qədər, məhkəmə qərarının icra strukturuna qədər. Konkret mən də deyirəm, çünki o faciəni yaşayan biri də mənəm. Ağsaqqal, xalq artisti, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinorejissor, ictimai xadim, ssenarist, aktyor və s. kimi.  Ay Cənab baş nazir, ay Cənab iqtisadiyyatla məşğul olanlar, axı Azərbaycanda biz 120 faizdən çox xarici ölkələrə işıq satırıq. Yaxşı, bəs bu işığın qiymətini aşağı salın da, qaz və neft Azərbaycana allahın verdiyi mənəvi sərvətidir. Buğda, arpa vermirsən, saman vermirsən. Allah bu zənginliyi verib sənə, lazımi işləri də qurmusan, dövlət strukturları qurulub, lazımi texnologiyalar işləyir. Allah təala gecə-gündüz bizə neftlə qaz verib. Yaxşı, heç olmasa bunun qiymətini aşağı salın da! Heç olmasa bunların qiymətini nizamlıyın da”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli deyib.  

“Məni yandıran, o Milli Mıəclisdən oturanlar, bəzi iqtisadi ekspertlərdir ki, mənim əlim onlara çatsa, onları gülləyərəm. Bunu cəsarətlə deyirəm. Bunlar müqayisə gətirirlər ki, filan şey xaricdə bahadır. Sənin gündəlik, aylıq maaşın xariclə birdir bəyəm? Götürüb o səviyyəyə müqayisə edirsən? Yaxud, xaricdə ayda 3-5 min dollar alanlar qaz, neft istehsal edirlər? Bunlar ya özləri nadandır, ya da özlərini axmaq yerinə qoyublar, ya da sadəcə olaraq bizi o qədər saymırlar. Hətta, xalqın artıq ziyalılarını, söz sahiblərini də saymırlar. Artıq bunlar normal düşünən insanları da saymırlar, bizim də əsəbimizlə oynayırlar. Mənim də gücüm ancaq dilimə çatıb deyirəm ki, alçaq da, şərəfsiz də, axmaq da, satqın da, oğru da, korrupsioner də, yaltaq da sizsiniz! Mənim 80 yaşım var, heç olmasa ölüm qabağı bu sözü deyim ki, 3-5 il sonra desinlər ki, heç olmasa bu yazıq deyib. Gəlin, bunun goruna söyməyək. Bu dərəcədə xalqa, əgər bu xalqın əti, canı, qanı səndəndisə, qənim kəsilmək olmaz axı?! Nədir buna səbəb? Bunun mexanizmi nədir? Bunlar tapılmalıdır”. 

Həmsöhbətimiz Cənab Prezident İlham Əliyevə  müraciət edib:

“Mən Cənab Prezidentimizə müraciət edirəm. Mən Bakı şəhərində bir bakılı kimi boğuluram, nəfəs ala bilmirəm. Məhv oluruq bu maşınların, bu asfaltların, göydələnlərin rüsvayçılığı ucbatından. Kimdir bu Bakını gözümüzü qabağında dəfn edən? Kimə lazımdır Bakıda bu qədər tikintini, göydələnlər tikmək? Kimdir Bakıya qənim kəsilən? Bütün dünyada mövcud olan insanların iqlim lə bağlı bir nəfəs yolu var. Bakının da nəfəsi şimal küləyidir, xəzrisidir, gilavarıdır. Hər tərəfdən tikmisiniz, artıq külək də şəhərə girə bilmir. Gedin Qarabağda tikin! Nədir bax gözümün qabağında eybəcər-eybəcər, əndirabadi, şəhər mədniyyətinə, arxitekturasına yaramayan binaları tikirsiniz? Bunu tikən kimlərdir? Bunu niyə mühakimə eləmirsiniz?  Onlara da səslənirəm, Bakını bugünə qoyursunuzsa, demək  Bakı ilə bağlı marağınız yoxdur. Nolacaq Bakının axıırı, axırda Bakını dəfn ediləcək!  Şəhərdən paytaxtı köçürmək lazımdır, bunlar da cəhənnəm olub, çıxıb getsinlər, ya da ki, təcili sürətdə bunu dayandırmaq yarımçıq tikililəri söküb, hava gələn yerləri açmaq lazımdır. Mən müraciət edirəm, Cənab Prezidentə! Biz boğuluruq, məhv oluruq bu krisalarda! 

Şeyx Əbdül iki məsələ ilə bağlı xüsusi diqqətin yetirilməsini xahiş edib:

“Birincisi odur ki, bu gün mənə qarşı dəhşətli bir qanunsuzluqlar var. Xahiş edirəm ki, buna xüsusi diqqət yetirilsin. Məhkəmələr bütün qanunları, qətnamələri dövlətin adından çıxardır.  Mənim işimə xüsusi diqqətin ayrılmasını xahiş edirəm. İkincisi də, Bakını pis günə qoyanlar var ey, əgər ona güc çatmırsa, onda onlardan mənim bir ağsaqqal kimi xahişim var. Xahiş edirəm, yalvarıram, havaya bir sayğac qoyun, heç olmasa, bu çətin vəziyyətdə bizə havanı “şoççik”lə verin nolar? İdeya verirəm, oradan pul da qazanın. Əgər vicdanınız olsa, faizini də mənə verərsiniz. “Şoççik” qoyun bu gilavar, xəzriyə və bizim küçələrə, evlərimizə pulla bizə hava gəlsin! Sizin üçün əgər bir hökm, cəza yoxdursa, həm gəlir götürərsiniz, həm də biz yazığıq bir vətəndaş kimi hava alaq! Həm Prezidentə, həm də Azərbaycan ziyalılara müraciət edirəm ki, gəlin əl-ələ verək, görək bu bəladan həm ölkəmizi, həm xalqımızı, həm dövlətimizi necə xilas edə bilərik”.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …