Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Əli İnsanovu satılmaqda və qorxaqlıqda necə ittiham etmək olar?”

“Əli İnsanovu satılmaqda və qorxaqlıqda necə ittiham etmək olar?”

“Əli İnsanovun sədri olduğu Haqq Ədalət Partiyası Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməklə bağlı qərar verdi. Və başlandı. Bir vaxtlar Əli İnsanovu məclislərinin başında oturdanlar, ağsaqqalımız deyən qaragüruhçular onu qorxaqlıqda, hakimiyyətə satılmaqda günahlandırırlar. 14 il həbsxana həyatı yaşayan, maddi imkanlarının yaxşı olduğu deyilən birini satılmaqda və qorxaqlıqda necə ittiham etmək olar?”

Bunu siyasətçi Arzuman Abdulkərimov bildirib.

“Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, bu ittihamı edənlərin özləri bir zamanlar Azərbaycan siyasətinin ən parlaq satqınları olublar. Özləri azadlıqda qalıb, silahdaşlarını həbslərə göndərərək onların üzərindən siyasi alver ediblər. Heç olmasa ayıbınıza kor olun və susun. Necə deyərlər, qoy qazan örtülü qaynasın. Siz buna siyasət deyirsinizsə, olmaz olsun belə siyasəti. İnsanların verdikləri qərarlara hörmətlə yanaşmaq hər kəsin borcudur. Bir şərtləki bu qərarlar dövlətin və millətin əleyhinə olmasın. Bu yerdə “bir  dəlilər, bir də ölülər fikirlərini dəyişmirlər” deyiminə  “bir də qərəzlilər” ifadəsini əlavə etmək istərdim. Bu zavallılar ölü olmaqla bərabər, həm də qərəzlidirlər. İlham Əliyevin bu dövlət və millət qarşısında bunca xidmətlərini görərərək onu müdafiə etməmək ən böyük ədalətsizlikdir” – A.Abdulkərimov qeyd edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …