Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Əli İnsanov qızıl külçələrindən danışdı

Əli İnsanov qızıl külçələrindən danışdı

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ildə həbs edilərkən müsadirə edilmiş mülklərinin və 40 kq həcmində qızıl külçələrinin ona qaytarılacağı ilə bağlı məlumatlara münasibət bildirib.

Haqq və Ədalət Partiyasının “Facebook” səhifəsində yerləşdirilmiş açıqlamada bu məlumatlar “qarayaxma” adlandırılıb:

“Sabiq səhiyyə naziri Əli İnsanovun Xızı rayonunda Qızılqazma deyilən yerdə vaxtilə sahəsi 42 kvadrat metr olan taxta evciyi olub. O vaxtlar belə evciklər hazır vəziyyətdə qurulub satılırdı. Həmin evciyin əlavə torpaq sahəsi olmayıb. Maraqlananlar gedib baxa bilərlər.

Əli İnsanov həbsdə olarkən məhkəmə iclaslarında bir neçə dəfə vəsatətlə çıxış edərək guya axtarış zamanı onun evindən götürülmüş qızıl külçələrin məhkəmə iclasına gətirilib nümayiş etdirilməsini xahiş edib. Əli İnsanovun bu vəsatətlərinə cavab olaraq məhkəmə sədri açıq iclasda bəyan edib ki, istintaq və məhkəmə sənədlərində qızıl külçələr barədə heç bir sənəd və məlumat olmadığına görə bu barədə vəsatət vermək lazımsızdır. Yalan və böhtan xarakterli yayılan məlumatın müəllifləri və sifarişçiləri Əli İnsanovun məhkəmə sənədlərini, çıxarışları tələb edə bilərlər”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …