Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Rusiyadakı azərbaycanlı vəkil Amil Abbasovdan xanım soydaşımıza qarşı yaramaz addım-Video

Rusiyadakı azərbaycanlı vəkil Amil Abbasovdan xanım soydaşımıza qarşı yaramaz addım-Video

Azinforum.az İnformasiya Portalı olaraq, Rusiyanın Surqut şəhərində saxta ittihamlara tuş gələrək, həbs edilmə təhlükəsi ilə üz-üzə qalan, əslən Tovuz rayonundan olan gənc xanım soydaşımız Məmmədova Raya Sabir qızı haqqında bir müddət əvvəl paylaşım etmişdik. Həmin müraciəti Raya xanımın içtimailəşdirməyimiz üçün özü bizə göndərmişdi. Bundan sonra onun hüquqlarını qoruyan Amil Abbasov adlı azərbaycanlı vəkil, nəyin bahasına olursa-olsun Raya xanımı həbs etdirib, uşaqlarını da internata verdirməyə çalışır. Bu vəkil bir neçə dəfə təkidlə bizdən həmin videonun silinməsini tələb edib.

Fikirini də belə izah edir ki, Raya Məmmədova onun dedikləri ilə oturub-durmur. Vəkilin istədiyi budur ki, Raya xanım güya bütün rusları təhqir etdiyini məhkəmədə etiraf etsin və buna görə bağışlanmasını istəsin. Hüquqlarını müdafiə etdiyi şəxsin bununla razılaşmadığını gördükdə, açıq şəkildə ittihamçı prokuror qismində çıxış etməyə başlayıb. Rusiya mediasına verdiyi müsahibələrdə Məmmədova Rayanın həbs edilməsini tələb edir. Həmin çıxışları aşağıda təqdim edəcəyik. Bəli, nə qədər qəribə olsa da, bunu edən əslən azərbaycanlı olan vəkildir.

Azinforum.az

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …