Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Əli Həsənovun Qarabağın azərbaycanlı icmasının idarə heyətinin iclasında nə işi…

Əli Həsənovun Qarabağın azərbaycanlı icmasının idarə heyətinin iclasında nə işi…

Bir neçə gün öncə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin ilin yekunları ilə bağlı iclası keçirildi.

İclasda icmanın ötən bir il ərzində gördüyü işlər müzakirə olunub. İcma üzvləri arasında Baş Nazirin keçmiş müavini Əli Həsənovun da iştirakı diqqətdən yayınmadı.

Maraqlıdır, icmanın idarə heyətinin təşkil etdiyi iclasda Əli Həsənovun iştirakına səbəb nə idi?

Axı Əli Həsənov icmanın idarə heyətinin üzvü deyil…

Məsələ ilə bağlı Modern.az icmadan heç bir cavab ala bilməyib.

Qeyri-rəsmi məlumatlara görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənov bu işlərdə öz təcrübəsini bölüşmək üçün idarə heyətinin iclasına qatılıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …