Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Əflatun Amaşov deputatlığa namizədliyini irəli sürməyəcək? (AÇIQLAMA)

Əflatun Amaşov deputatlığa namizədliyini irəli sürməyəcək? (AÇIQLAMA)

Mətbuat Şurasının sədri Əflatun Amaşovun 9 fevralda baş tutacaq parlament seçkilərində iştirak etməyəcəyi haqda xəbər yayımlanıb.
Azxeber.com məsələni dəqiqləşdirmək Amaşovun özü ilə əlaqə saxlayıb. 
O hazırda xaricdə olduğunu və yekun qərar vermədiyini deyib: “Mən hazırda ölkə xaricindəyəm. Hələ vaxta var. Növbəti parlament seçkiləri ilə bağlı qərar qəbul etməmişəm. Qərarımı verəndə hər kəsin xəbəri olacaq. Tələsməyək”. 
Qeyd edək ki, 8 bitərəf deputat növbəti seçkilərdə iştirak etməyəcək. Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Flora Qasımova və Mahir Aslanov və Gövhər Baxşəliyevadır.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …