Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması məqsədilə seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi müddəti başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, siyahılar məntəqə seçki komissiyaları tərəfindən səsvermə gününə azı 35 gün qalanadək, yəni 2020-ci il yanvarın 5-dək yerləşdirilməlidir.

Bundan əlavə, seçki bülletenlərinin mətninin, formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti də yanvarın 5-də başa çatır. Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 35 gün qalanadək 2020-ci il yanvarın 5-dək təsdiq edilməlidir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …