Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Ziya Məmmədov 8 nəfəri işdən qovdu

Ziya Məmmədov 8 nəfəri işdən qovdu

Nəqliyyat Nazirliyində köklü islahatlar həyata keçirilir.

Baku.ws xəbər verir ki, avqust ayının 3-də nazirlikdə keçirilən iclasdan sonra qurumda dəyişikliklərə start verilib.

İclasda Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar müzakirə olunub. Əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub.

Müzakirədən sonra Nəqliyya Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən qovulublar. Nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş işdən qovulublar.

Qeyd edək ki, həmin görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis vəzifəsinə Elnur Abdullayev təyin olunmuşdu. İclasda işin keyfiyyətini yüksəltmək üçün lazımı qərarlar qəbul olunub.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …

Bir cavab yazın