Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / İranda tempratur 74 dərəcəyə çatdı- Sinoptiklər şokda

İranda tempratur 74 dərəcəyə çatdı- Sinoptiklər şokda

İranda havanın temperaturu 74 dərəcəyə çatıb – bu, tarix boyu müşahidə edilən rekord göstəricidir.

 Azinforum.az ” Oxu.Az-a istinadən xəbər verir ki, anomal isti hava şəraiti Bender-Mahşəhrdə qeyd edilib, burada suyun temperaturu 33 dərəcəyə qədər yüksəlib.

İran anomal istilərdən əziyyət çəkməyə davam edir, bu, artıq bir həftədir ki, davam edir. Temperatur getdikcə yüksəlir, yeni rekordlar qeyd edilir. Avqustun 1-2-si cihazların göstəriciləri sinoptikləri şoka salıb. Cihazlarda temperatur 74 dərəcə qeyd edilib.

Mütəxəssislərin sözlərinə görə, bu, tarix boyu müşahidə edilən mütləq rekorddur.

Yüksək temperatura alışan yerli sakinlər bu istidən dəhşətə gəliblər: onlar evləri tərk etməməyə və çoxlu su içməyə çalışırlar. İnsanlar temperaturun azalmasını gözləyirlər, amma mütəxəssislərin fikrinə görə bu istilər bir müddət davam edəcək.

Sinoptiklər cihazların iki göstərici qeyd etdiyini bildirirlər. Yandıran günəş və İran körfəzindən əsən külək sayəsində Real Feel (hiss edilən) göstərici 74 dərəcəyə çatıb, mütəxəssislər proqnozlarda məhz bu göstəriciyə əsaslanırlar. Qeyd edilən temperatur əvvəlki rekorddan üç dərəcə yüksəkdir.

Ümumilikdə isə ölkədə temperatur 50 dərəcə, rütubət isə bəzi rayonlarda, məsələn, Tehranda 90%-ə çatır.

Əlavə edək ki, Bender-Mahşəhr dünya temperatur rekordunu vurub. İran temperaturundan yeddi dərəcə yüksək istilik 2003-cü ildə Səudiyyə Ərəbistanının rayonlarından birində qeydə alınıb, burada göstərici 81 dərəcəyə çatıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın