Ana səhifə / Siyasət / Zakir Qaralov və Ramil Usubova müraciət: “Röya həbs edilməlidir”

Zakir Qaralov və Ramil Usubova müraciət: “Röya həbs edilməlidir”

“Röya Ayxan tutularaq Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə aparılmalı və əməlinə görə cavab verməlidir”.
Bunu AzVision.az-a açıqlamasında tanınmış vəkil Adəm Məmmədov deyib. O, məşhur müğənninin sosial şəbəkələrdə yayılan videosunun qanunvericiliyi pozduğunu söyləyib. A.Məmmədov Röya Ayxanın bu əməlinə görə ölkənin ən böyük güc strukturlarının rəhbərlərinə müraciət edib.
“Röya Ayxan məşhur müğənnidir. Amma hər kəs qanun qarşısında bərabərdir. Yayılan həmin video qanunsuz və gizli yolla çəkilib. Çəkilişdə iştirak edən iki şəxs çox güman ki, Röya xanımın adamlarıdır. Təhqir edilən oğlan çəkiliş meydanına gətirilən zaman çoxlu qanunsuz hərəkətlərə yol verilib. Söyüşlərin söyülməsi ilə də xeyli qanunsuz əməllərə yol verilib”.
Vəkil Röya Ayxanın cəzalandırılması üçün daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edib.
“Vətəndaşı söyüşləri özünə qaytarması üçün məcbur etmək və gizli video çəkmək Azərbaycan Respublikasının Konstitusiyasına böyük bir hörmətsizlikdir. Mən bu hərəkətlə bağlı Daxili işlər naziri cənab Ramil Usubov və Baş porkuror Zakir Qaralova müraciət edirəm. Bu elə-belə çəkiliş deyil. Həmin şəxs tanınmış adamdır. Onun belə bir hərəkətə yol verməsi Konstitusiyamıza xələl gətirir.
Xahişim ondan ibarətdir ki, Röya Ayxan və çəkilişdə iştirak edən digər şəxslər tutularaq DİN-nin müvafiq orqanlarına gətirilsinlər. Və onların bu gəlişləri kütləvi informasiya vasitələrində işıqlandırılısın.
İstintaq Röya xanımın əməlində hansı cinayət əməlinin olduğunu müəyyən etməlidir. Onun bu əməli cinayət məsuliyyəti yarada bilər”.
Qeyd edək ki, Röya Ayxanın “İnstagram”da onu təhqir etmiş şəxsə qarşı gördüyü tədbirin sosial şəbəkələrdə videosu yayılıb. Xanım müğənni İnstagram səhifəsində Elnur adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Daha sonra müğənni yazıb ki, polisə müraciət edib və həmin şəxsi tapıb: Müğənni həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb.
Röya Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də şəxsi səhifəsində paylaşan Röya Ayxan bu sözləri yazıb:
“Mənim əzizlərim, İnstagram-da şəxsiyyətimi təhqir edənlər, elə bilirsiniz dərəbəylikdi? Kim hansı qiyməti istəyir, onu da qoyur mənə, sonra da bax belə tapıb gətirirsən özü də polis əliylə. Deyir ki, dediyim sözlər anama, bacıma aiddi. Vay-vay bu dırnaqarası bəzi kişiciklərin axırı hara gedir görəsən? Elnur Orucov axı sənə lazım idi, niyə axı o sözləri ananıza deyirsiniz? Axı səni zülmlə böyüdür ki, sizin kimi “……”. Bu ölkədə heç kəs cinayətdən yayına bilməz. Hamı cavabını verəcək mütləq!”.

Həmçinin oxuyun

“Bu məsələni Əliyevlə müzakirə etmişəm” – Zurabişvili sərhəddən danışdı

Prezident Salome Zurabişvili feysbuk səhifəsində son zamanlar Azərbaycanla Gürcüstan arasında sərhədlə bağlı yaranmış gərginliyə münasibət …

Bir cavab yazın