Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zakir Fərəcov generalın qardaşını işdən çıxardı

Zakir Fərəcov generalın qardaşını işdən çıxardı

Sumqayıt Şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat olub.

Azinforum.az lent.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Faiq Kərimov təyin edilib.

Qeyd edək ki, sentyabr ayında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərinə təyin edilmişdi.

Azinforum.az olaraq onu da nəzərə çatdıraq ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısınin birinci müavini Akif Quliyev Sərhəd Xidmətinin komandanı Elçin Quliyevin qardaşı idi. Yəni, Zakir Fərəcov bu addımı ilə Elçin Quliyevin qardaşını işsiz qoymuş oldu.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın