Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Zərdüşt Əlizadə: “Əli Kərimli hakimiyyətə gəlmək üçün buddist şüarları səsləndirməyə də hazırdır”

Zərdüşt Əlizadə: “Əli Kərimli hakimiyyətə gəlmək üçün buddist şüarları səsləndirməyə də hazırdır”

“1990-cı illərin əvvəllərində olduğu kimi, Xalq Cəbhəsi üçün indi də müqəddəs heç nə yoxdur. Onların bir hədəfi var – hakimiyyətə gəlmək. Buna görə onlar hətta Şeytanla da əməkdaşlığa hazırdırlar”.

Bunu virtualaz.org saytına nüfuzlu politoloq Zərdüşt Əlizadə AXC sədri Əli Kərimli ilə islamçılar arasındakı münasibətləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, bu prinsipsiz kütlə öz hədəfinə çatmaq üçün hətta buddist şüarları səsləndirməyə belə hazırdır.

Z.Əlizadənin fikrincə, bədbəxtlik ondadır ki, bu gün ölkədə hakimiyyətə layiqincə dirəniş göstərəcək, təzyiq edəcək müxalifət yoxdur: “Bu gün müxalifət paslanıb. Mahiyyətcə, o, demək olar, artıq yoxdur…”.

Bununla belə, Z. Əlizadə siyasi üfüqdə yeni güclərin ortaya çıxacağına, belə bir prosesin qaçılmaz olduğuna inandığını deyib: “Yoxsa indiki müxalifət insanların beyinlərini korlamaqda davam edəcək. Necə ki, 25 il boyunca bunu edib”.

“Müxalifətin hazırkı liderləri kimlərdir? Boş-boş danışmaq həvəskarları, cahil insanlar. Bu adamlar müasir dünyada cərəyan edən mürəkkəb mexanizmlərdən xəbərsizdirlər. Onlar öz oyunlarını hələ də 90-cı illərin eyforiyası altında davam etdirirlər”, – deyə ekspert sonda vurğulayıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın