Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / Yunanlar Avropaya “Yox!” dedi

Yunanlar Avropaya “Yox!” dedi

Yunanıstanda bazar günü ölkənin börc böhranı ilə bağlı keçirilmiş referendum çərçivəsində səsvermə başa çatıb.

Səsvermə məntəqələri yerli vaxtla səhər saat 07:00-dən axşam saat 19:00-dək işləyiblər.

Milyonlarla yunan ölkəyə beynəlxalq maliyyə yardımının ayrılması şərtlərinə dair keiçirlən referendumda iştirak edib. Əhalinin iştirak səviyyəsi 40 faizi ötüb ki, bu da referendumun baş tutması anlamına gəlir.

Səsvermənin ilk nəticələrinin səsvermə bitəndən bir neçə saat sonra bilinəcəyi gözlənilir.

Lakin səsvermə məntəqələri bağlandıqdan dərhal sonra Yunanıstan dövlət KİV-ləri, o, cümlədən dövlət televiziya kanalları referendumun “Yox” deyənlərin xeyrinə başa çatdığını bəyan ediblər.

İlkin məlumata görə, Yunanıstanda keçirilən referendumda 59,7% seçici kreditorların tələblərinə “yox”, 40.3% – “bəli” deyib.

Bununla belə, təhlilçilər tələsik nəticə çıxarmamağa və rəsmi nəticələrin elan edilməsini gözləməyə səsləyirlər.

Səsvermədən əvvəl yunan hökuməti əhalini referendumda “Yox” deməyə çağırmışdı, lakin hökumət opponentləri xəbərdalıq etmişdi ki, bu halda Yunanıstan avrozonanı tərk etməli olacaq.

Rəy sorğularına görə, seçicililər arasında fikir ayrılığı mövcuddur.

Hakim Syriza partiyası beynəlxalq kreditorların yardım paketi şərtlərinin Yunanıstan üçün alçaldıcı olduğunu qeyd edib.

Yunanıstanın maliyyə naziri Yanis Varoufakis referendumdan bir gün öncə Avropa kreditorlarını “terrorçuluqda” ittiham edib.

Fərqli mövqeləri dəstəkləyən on minlərlə yunan cümə günü Afinada kütləvi yürüşlər keçirib.

Baş nazir Aleksis Tsipras onu dəstəkləyənləri referendumda beynəlxalq iqtisadi yardım planına “Yox” deməyə çağırıb.

Həmçinin oxuyun

Ziyafət Əsgərov: “Əxlaqsız adamlardır…”

“Azərbaycanın müstəqilliyin ilk illərində avanturist, səriştəsiz adamlar hakimiyyətə gəlib ölkəni pis vəziyyətə qoymuşdular”. Bunu Milli …

Bir cavab yazın