Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Yasamalda Falçı polis himayəsində işlədiyini iddia edir… – VİDEO

Yasamalda Falçı polis himayəsində işlədiyini iddia edir… – VİDEO

BakuNews.Az-a Yasamal rayon Cəfər Cabbarlı küçəsində yaşayan vətəndaş tərəfindən şok iddialar irəli sürülməkdədir. Beləki Vətəndaşın günü güzaranı qara əskiyə bükülməkdədir. Yasamal RPŞ 27-ci polis idarəsinin inzibati ərazisi olan Cəfər Cabbarlı küçəsinin sakini dəfələrlə Polisə şikayət etməsinə baxmayaraq dələduzluqla məşğul olan falçı Elmana heç kəs söz deyə bilmir. Neçə deyərlər Zər atır fala baxır amma nə polisi nədə dini qurumlar buna dur demir. Vətəndaş redaksiyamıza bildirib ki, dəfələrlə 102 xidmətinə zəng etmişəm Elman adlı fırıldaqçıya qarşı heç bir tədbir görülmür.

Apardığımız araşdırmalardan əldə edilən məlumata görə, Cəfər Cabarlı 14 küçə, Mənzil 30-da yaşayan vətəndaş evinə girib-çıxmaqda zorluqlarla üzləşməkdədir. Və bütün bunlarla bağlı dəfələrlə DİN-nin qaynar xətti 102 xidmətinə məlumat vermiş bununla yanaşıda 27ci polis bölməsinə şikayətini bildirmişdir. Bütün bunlara baxmayaraq bir neçə aydır dinclik tapa bilməyən sakin sonunda media vasitəsi ilə Daxili İşlər Naziri RAMİL YUSUBOV cənablarına müraciət edərək polisin bu qanunsuz əmələrin qarşısında göstərdiyi acizliyin hansı nüanslara söykəndiyini araşdırılmasına sərəncam verməsini xahiş edir.

Elman adlı falçı kimi özünü təqdim edən şəxs isə həmin müştəri qəbul etdiyi mənzildə icarəçi qismində fəaliyyət göstərir. 3 mərtəbəli binanın 2-ci mərtəbəsini icarəyə götürən Elman adlı şəxs burda qeyri-qanuni fəaliyyət növü, yəni falçılıq cadugərliklə məşğuldur. Fəaliyyət saatları sakinləri cana doyduran bu şəxs sanki yatmır, səhər saat 09:00-dan axşam 20:00 qədər müştəri qəbul edərək milləti dolamaqdadır. Bizi izləyin…

Araşdırmamız davam edir….

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın