Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / «Yəmənə qarşı hava hücumları, sözsüz ki, ədalətsiz bir yanaşmadır»

«Yəmənə qarşı hava hücumları, sözsüz ki, ədalətsiz bir yanaşmadır»

İran Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin Yəməndə apardığı əməliyyatı genosid olaraq qiymətləndirir. Bu barədə İran xarici işlər nazirliyinin mətbuat katibi Mərziyə Əfxam bildirib.

«Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bu cür fəaliyyəti genosiddir və beynəlxalq konvensiyaya tərs mütənasibdir» – deyə xanım Əfxam bildirib.

Xanım Əfxam Yəmənə qarşı aviazərbələrin dayanması üçün BMT-ni aktiv müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, hazırda Yəmənin böyük hissəsini nəzarətində saxlayan husilərlə Səudiyyə Ərəbistanı arasında atəşkəs razılaşması əldə olunub. 5 günlük atəşkəs çərşənbə axşamı qüvvəyə minəcək.

Səudiyyə Ərəbisatanının Yəməndəki davranışlarını genosid saymaq olarmı?

Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, İranın Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin Yəməndə apardığı əməliyyatı genosid olaraq qiymətləndirməsi ilə qismən razılaşmaq olar: «Ona görə ki, hazırda Yəmənin böyük hissəsini nəzarətində saxlayan husilərlə Səudiyyə Ərəbistanı arasında atəşkəs razılaşması əldə olunmasına baxmayaraq,

Səudiyyə Ərəbistanı və müttəfiq ölkələr Yəmənin paytaxtı Sənanı bombalamaqda davam edir. Çoxu uşaq olmaqla, xeyli sayda insanın öldüyü və yaralandığı döyüş əməliyyatları heç cür səngimir. Hətta tərəflər arasında atəşkəs haqqında razılaşma olsa da belə, buna əməl olunmur. Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələrinin Yəməndə apardığı hərbi əməliyyatlar zamanı ən müasir F-16 qırıcısı təyyaraələrindən belə istifadə olunur. Xatırladım ki, Yəmən prezidentinin dəvətilə martın 26-dan koalisiya qüvvələri ölkədəki hərbi vəziyyətə müdaxilə etməyə başlayıb və keçən müddət əarzində bir vaxtlar firavan və sakit həyat sürən Yəməndə vəziyyət günü-gündən pisləşməkdə davam edir. Yəmənə qarşı təşkil olunan hava hücumlarında bir çox ölkələrin əli olduğunu gözəl anlayan İran rəhbərliyi bu işdə rəsmi Təl-Əvivin də iştirakına görə belə sərt və qətiyyətli bəyanatlar səsləndirir. Ona görə də, Tehran Səud rejimindən əməliyyatları dərhal dayandırmağı tələb edir. Günahsız yəmənlinin həlak olması və yaralanması ilə nəticələnən Yəmənə qarşı hava hücumları, sözsüz ki, ədalətsiz bir yanaşmadır və ona görə mən də o fikri bölüşürəm ki, belə hərəkətlər bundan sonra böhranın daha da genişlənməsinə və Yəmənin daxili ixtilaflarının dinc yolla həll olunma fürsətlərinin qaçırılmasına gətirib çıxaracaq».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın