Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Vasif Talıbovun oğlunun kitabının təqdimatı oldu

Vasif Talıbovun oğlunun kitabının təqdimatı oldu

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfədoktoru Rza Talıbovun Azərbaycan və rus dillərində çapdan çıxmış «Asiya ölkələri beynəlxalq münasibətlər sistemində» adlı kitablarının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri açan fakültənin dekanı, professor Zeynal Həsənalıyev altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitabın əhəmiyyətindən danışaraq, onu ali məktəb tələbələri üçün faydalı dərslik kimi təqdim edib.

Çıxış edən dosent Nərgiz Məmmədzadə bildirib ki, kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan-Çin əməkdaşlığı geniş və hərtərəfli tədqiq olunub ki, bu da tələbələr və bu sahədə araşıdrma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Sonda çıxış edən kitabın müəllifi Rza Talıbov təqdimat mərasiminə və kitab haqqında rəylərinə görə təşəkkürünü bildirib. Kitabların davamının olacağını bildirən müəllif çıxışlarda qaldırılan məsələləri gələcək araşdırmalarında nəzərə alacağını da diqqətə çatdırıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın