Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Vasif Talıbov həkimlərin maaşını artırdı

Vasif Talıbov həkimlərin maaşını artırdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam verib.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Ağciyər Xəstəlikləri Dispanserində, Yoluxucu Xəstəliklər Mərkəzində və Onkoloji Mərkəzdə çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam 2015-ci il iyulun 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın