Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / Vasif Talıbov DTX rəisinə yeni vəzifə verdi

Vasif Talıbov DTX rəisinə yeni vəzifə verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilib.

“Report”un xəbərinə görə, Ali Məclisin sədri Vasif Talıbov çıxışında Naxçıvan Karate-do Federasiyasının fəaliyyətini tənqid edib. O deyib ki, ötən müddətdə federasiya öz fəaliyyətini qura bilməyib.

Vasif Talıbov elan edib ki, Karate-do Federasiyasının fəaliyyətində dönüş yaradılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov federasiyanın yeni sədri kimi təqdim olunur.

Fazil Ələkbərov göstərilən etimada görə minnətdarlıq edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Naxçıvan Güləş Federasiyasının üzvü Qabil Musayev də çıxış ediblər.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın