Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Tovuzda şagirdlərin saçını qırxan direktor müavini vəzifədən azad edildi

Tovuzda şagirdlərin saçını qırxan direktor müavini vəzifədən azad edildi

Tovuz rayonu Cəlilli kənd tam orta məktəbinin direktor müavini Zeynəb Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı Tovuz Rayon Təhsil Şöbəsi tərəfindən araşdırılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

“Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, qeyd olunan fakt təsdiqini tapıb. Belə ki, həmin şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar tapşırığa əməl etməyiblər. Zeynəb Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçını kəsib. Qeyd olunan fakt müəllim-şagird münasibətlərində qeyri-pedaqoji hal kimi qiymətləndirilir və bu hərəkətinə görə Z.Həsənova barəsində qanunvericiliyə uyğun ciddi intizam tənbehi görülərək, o, 1 aprel 2016-cı il tarixindən tutduğu vəzifədən azad edilib”, – nazirlikdən qeyd edilib.

*   *   *13:40

Tovuz rayonunun orta məktəblərindən birində anlaşılmazlıq olub. Bir qrup valideyn məktəbdə müəllimənin şagirdlərin saçını zorla qırxdığını iddia edib.

Valideynlər müəlliməni şagirdlərə qarşı heç bir təlim-tədris qaydalarına sığmayan davranışda ittiham edirlər.

Kamera qarşısına keçmək istəməyən valideynlər bildirblər ki, məktəbin dərs hissə müdiri Zeynəb Həsənova şagirdlərin saçını özü qırxıb.

Zeynəb Həsənova isə səslənən ittihamlarla razılaşmır. Rayon Təhsil Şöbəsi məktəbdə yaranan anlaşılmazlıqla bağlı xüsusi komissiya yaradıb.

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …

Bir cavab yazın