Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Tanınmışlar metrodan şikayət edir: “Elə bil yeraltı saunadır”

Tanınmışlar metrodan şikayət edir: “Elə bil yeraltı saunadır”

Aparıcı Aytən Səfərova metrodan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, metrodan istifadə edən aparıcı havalandırma sisteminin işləmədiyini bildirib.

Fikirlərini izləyiciləri ilə bölüşən A.Səfərova bunları qeyd edib:

“Bakı Metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər metrostansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, “havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz”.

Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi deyilən şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan – yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Havalandırma sistemini düzəldin, insanlara belə zülm verməyin. Bu qədər işlər görülür, amma kiçik mənfi hal bu boyda işi kölgədə qoyur”.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın