Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Tağı Əhmədovdan sərt açıqlama: “Sən kimsən məni yığmısan”

Tağı Əhmədovdan sərt açıqlama: “Sən kimsən məni yığmısan”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun “Bakı Metropoliteni” sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları ilə bağlı saytımızda ötən gün məlumat vermişdik.

Verilən məlumatda sabiq metropoliten şefinin istintaq orqanlarına ifadə verdiyi bildirilirdi. Yayılan məlumatla bağlı Bizimyol.info saytının əməkdaşı sabiq metropoliten şefi, hazırda Yasamal Rayon YAP-ın sədri vəzifəsində olan Tağı Əhmədovla əlaqə saxlayıb.

O məsələ ilə bağlı saytımıza etiraz edərək sərt danışıb. “Sən kimsən mənə zəng vurmusan? Mənə zəng etməyin. Hansı məsələlərlə bağlı danışmalıyam. Heç nə danışan deyiləm. Hardan çıxır bu məlumatlar, hardan alınıb yazılır. Hansı sayt nə yazır,özü bilər. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.Yayılan məlumatlar əsassızdır.”

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın