Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Tədris ili başa çatsa da, xeyli tələbə təhsil haqqını ödəyə bilməyib

Tədris ili başa çatsa da, xeyli tələbə təhsil haqqını ödəyə bilməyib

“Hazırda ali məktəblərdə tədris ilini başa vurduğu halda, təhsil haqqını ödəyə bilməyən xeyli tələbə var”.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media – brifinqdə deyib ki, I kursdan sonra tələbələr illik ödənişi birdən yox, hissə-hissə verirlər. Onun sözlərinə görə, Təhsil Nazirliyi də universitetlərə tövsiyə edib ki, tələbələr ödənişi semestr üzrə etsinlər.

S. Gözəlov qeyd edib ki, buna baxmayaraq, bəzən tələbələr təhsil haqqını semestrin axırına kimi ödəyə bilmirlər: “Universitetlər onları bir neçə imtahana şərti olaraq buraxır ki, imtahanları versinlər. Lakin təhsil haqqı tədris ilində ondan tələb olunacaq”.

Sektor müdiri əlavə edib ki, bu il üçün kreditlər yalnız bakalavrlara aid edilir, gələcəkdə sistem magistr və doktorantura pilləsində təhsil alanlara də tətbiq olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, 10 universitetin təsisçisi olduğu pilot layihə gələcəkdə daha da genişlənəcək. Onun sözlərinə görə, tələbələr gələcəkdə təkcə təhsil kreditləri deyil, yaşayışla bağlı kreditlər, müxtəlif iş-tədris şəraitini yaxşılaşdırmaq, digər ləvazimatların alınması üçün kreditlərdən də yararlana biləcəklər: “Hazırda bu layihə yalnız 10 universitetin tələbələrinə şamil edilir. Gələcəkdə təşəbbüsə digər universitetlər qoşulduqda onların da aztəminatlı ailələrdən olan tələbələri bu cür kreditləri almaq imkanı olacaq”.

MTKF icraçı direktoru Rüfət Mahmud isə bildirib ki, pilot layihə olduğundan gələcəkdə konkret hansı işlərin görüləcəyini indidən demək çətindir: “Gələcəkdə tələbələrə yaşayış krediti vermək üçün Fondun maliyyə vəsaiti olmalıdır. Çünki tələbəyə yataqxana və ya kirayə ev üçün vəsait ayrılmalıdır. Növbəti illərdə bu məsələnin gerçəkləşdirilməsi çətindir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın