Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə və yolların təmirinə 5 milyon manat ayrılıb – SƏRƏNCAM

Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə və yolların təmirinə 5 milyon manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın