Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / SOCAR qanunun tələblərini pozur – Mirvari Qəhrəmanlı

SOCAR qanunun tələblərini pozur – Mirvari Qəhrəmanlı

“SOCAR-ın strukturuna daxil olan bəzi strukturlarının, o cümlədən Geofizika ve Geologiya idarəsinin Personal və Əmək haqqı şöbəsi işçiləri tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 102, 169, 95-ci maddələri pozulur”.

Azinforum.az-ın məlumatına görə, bu iddia ilə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Onun sözlərinə görə idarə tərəfindən əmək müqaviləsi ilə 12 saatlıq iş rejimində işləyən işçilərə 8 saatlıq rejimində iş günlərinin yazılması, Əmək Məcəlləsinin və Əmək müqaviləsinin qeyd olunan tələblərinin pozulmasıdır:

“Belə ki, Geofizika və Geologiya idarəsi işçi ilə bağlanmış Əmək müqaviləsində işçiyə 12 saatlıq iş rejimi təyin edib, ona 8 saatlıq iş rejimi qeyd edə bilməz, hətta boşdayanma halı olduqda belə. Göstərilən halda işçinin tabelində, ümumi iş vaxtı 12 saat göstərilməli, nahar fasiləsi çıxılmaqla 12 saat üçün əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsində göstərilən qaydada 3/2 hissə ilə ödənilməlidir”.

Mirvari Qəhrəmanlı işçilərin istirahət hüquqlarının da pozulduğunu da qeyd edib:

“Belə ki, dənizdə 7 günlük və ya 15 günlük iş rejimində işləyən işçilər, aylıq normanı 15-6 günə yığdıqlarından, ayın digər 15-16 gününü istirahət edirlər. 8 saatlıq iş rejimində işləyən işçilər isə 20-22 gün dənizdə olmaqla, məcburi olaraq dənizdə işləyəcək, dincəlmələri üçün isə 8-10 gün vaxtları olacaq. Qeyd olunan iş rejimində işləmək, eyni zamanda işəgötürən üçün də maliyyə və digər səbəblərdən də uyğun deyil.

Əgər Əmək müqavilənizdə 12 saatlıq iş rejimi göstərilibsə, bu artıq öhdəlikdir və işçilər həmin müddətdə işləməli və əmək haqqı almalıdır. Lakin əgər işçilər 8 saatlıq iş rejimində işləyirlərsə və bu Əmək müqaviləsində bu vaxt təyin edilibsə, o zaman 8 saat boşdayanma kimi göstərilə bilər. Əgər işçi 12 saatlıq iş rejimində işləyirsə və işəgötürənin işi yoxdursa və ya 8 saat işləyirlərsə, bu zaman 8 saat tam, yerdə qalan 4 saata görə əmək haqqı ən azı 3/2 hissə ilə əmək haqqı ödənilməlidir.

Hətta, 12 saatlıq iş rejimində işləyən işçilərə, boşdayanma üçün əmək haqqı 8 saat tam yazmaqla, digər 4 saatın da nəzərə alınmaması qanuni deyil, istənilən halda iş tabelində işçinin ümumi iş vaxtı istər işlədiyi, istərsədə boşdayanma üşün 12 saat göstərilməlidir”.

Həmçinin oxuyun

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki, ordu Bakıya yox, Qarabağa gedir”

“Sabiq prezident Ayaz Mütəllibov deyir ki, Yevgeni Primakov 1990-cı ilin yanvarında Bakıya qoşunların girəcəyi barədə …

Bir cavab yazın