Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / SOCAR-la DESFA arasında növbəti anlaşılmazlıq

SOCAR-la DESFA arasında növbəti anlaşılmazlıq

Avropa Komissiyasının rəqabət üzrə direktorluğu SOCAR-ın DESFA-nın səhmlərinin 66% alması sövdələşməsini ilin sonuna qədər təxirə salıb.

 

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

 

Onun sözlərinə görə, Avropa Komissiyasının direktorluğu bu məsələni öyrənməyə davam edir:

 

“Bizim işçi qrupu onların suallarına cavab verir. Əsas məsələ bu sövdələşmənin Aİ-nın üçüncü enerji paketinə uyğun olub-olmamasıdır”.

 

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası razılaşmanın nəzərdən keçirilməsi dövrünü 2015-ci il martın 23-dən 2015-ci il aprelin 22-dək uzadıb.

 

AB-nin antiinhisar orqanları SOCAR-ın DESFA-nı alması sövdələşməsini yoxlamağa başlayıblar. Avropalı məmurlar bu sövdələşmənin Yunanıstan bazarında rəqabəti azaldacağından ehtiyat edir.

 

Xatırladaq ki, SOCAR  DESFA şirkətinin üçdə iki hissəsini 400 milyon dollara almaq istəyir.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın