Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Simurq”un prezidenti “Bandotdel”dən çıxdı

“Simurq”un prezidenti “Bandotdel”dən çıxdı

“Simurq” futbol klubunun prezidenti Anar Bəkirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) dindirilib, ancaq saxlanılmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə haqqin.az saytına Anar Bəkirovun vəkili Rəsul Sadiqov bildirib.
Onun sözlərinə görə, Anar Bəkirovun Azərbaycan Beynəlxalq Bankına borcu olmayıb. Futbol klubunun prezidentinin “Garant” bankından götürdüyü bir milyon manat ödənməmiş krediti var.
Hazırda Anar Bəkirov azadlıqdadır.
Qeyd edək ki, Anar Bəkirov hüquq mühafizə orqanları tərəfindən istintaqa çağırıldığını etiraf etmişdi.
Xatırladaq ki, ötən həftədən Azərbaycanda “Beynəlxalq Bank”a krediti olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri “Bandotdel”də dindiriləndən sonra buraxılsa da, bir neçəsi ilə bağlı həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında neft oliqarxı Nizami Piriyev, “Globus Plaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “Azimport” şirkətinin sahibi, Bayraq Meydanının eks-rəisi Rəşad Məmmədov, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın