Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Şeyxülislam” mükafatı təsis olunacaq

“Şeyxülislam” mükafatı təsis olunacaq

Azərbaycanda dindarlar üçüm yeni moizələr kitabı nəşr olunacaq. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.

O bildirib ki, artıq bir möizələr kitabı nəşr olunub və ikinci möizələr kitabının nəşrinə hazırlıq görülür.

QMİ sədri deyib ki, Azərbaycanda “Şeyxülislam” mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsində yazan jurnalistlər üçün də veriləcək.

Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib:

“Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın