Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Siyasət / Şəhidimizin dəfnində böyük izdiham – Fotolar

Şəhidimizin dəfnində böyük izdiham – Fotolar

Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub.

“ Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib.

Şəhidin nəşi torpağa tapşırıldıqdan sonra məzarı üzərinə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Çingiz Qurbanovun xidmət etdiyi hərbi hissəyə təqdim olunub.

Şəhidimizin dəfnində böyük izdiham -   Fotolar
Şəhidimizin dəfnində böyük izdiham -   Fotolar
Şəhidimizin dəfnində böyük izdiham -   Fotolar

Həmçinin oxuyun

İstefa verən Hafiz Paşayev vəzifəsindən azad olunub?

Xəbər verdiyimiz kimi, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident İlham Əliyevə müraciət …

Bir cavab yazın