Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Səfirin qətlinin arxasında FETÖ var” – Çavuşoğlu Kerri ilə danışdı

“Səfirin qətlinin arxasında FETÖ var” – Çavuşoğlu Kerri ilə danışdı

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Rusiya səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında FETÖ-nun dayandığını bildirib.
Kerri, öz növbəsində, baş vermiş hadisədən kədərləndiyini bildirib.
Tərəflər daha sonra Suriya vəziyyətlə bağlı fikir mübadiləsi aparıb(APA).
Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.
O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın