Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Səfirimiz status yazdı, XİN araşdırmaya başladı – Qalmaqal

Səfirimiz status yazdı, XİN araşdırmaya başladı – Qalmaqal

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışan Arif Məmmədov tərəfindən sosial şəbəkələrdə yazılmış statusla bağlı KİV-də gedən məlumatları şərh edib.

“Biz məlumatla tanış olduq. Xarici İşlər Nazirliyinin daxili prosedurlarına uyğun olaraq, məsələ tam şəkildə araşdırılacaq. Məlumat öz təsdiqini taparsa, bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranışdır”, – deyə H. Hacıyev APA-ya bildirib.

Xatırladaq ki, A. Məmmədov “facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı statusunda Binəqədi rayonunda binada baş verən yanğını nəzərdə tutaraq baş verən hadisəyə görə məmurların ünvanına kəskin ittihamlar qeyd edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın