Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı – VİDEO

Avqustun 2-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və türkiyəli baş hakim Hüseyin Göçekin idarə etdiyi oyunun ilk hissəsinə Çexiya təmsilçisi fəal başlayıb. Qonaqlar “Qarabağ”ın qapısı qarşısında təhlükəli məqamlar yaratsalar da, fərqlənə bilməyiblər.

Hissənin ortasında təşəbbüsü ələ alan Ağdam təmsilçisi hesabı açıb. Görüşün 28-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Muarrem Muarremin qolu komandasını hesabda önə çıxarıb. Matçın ilk hissəsi “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissəyə Ağdam təmsilçisi fəal başlayıb. “Qarabağ”ın futbolçuları rəqib qapısına zərbələr endirsələr də, top çərçivədən keçməyib. Lakin görüşün 85-ci dəqiqəsində “Viktoriya”nın futbolçusu Mixael Krmençik hesabı bərabərləşdirib.

Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan oyunda hesab açılmamışdı. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın