Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Siyasət / Prezident daha bir generalı işdən çıxardı – Təyinat

Prezident daha bir generalı işdən çıxardı – Təyinat

Müdafiə Nazirliyində daha bir nəfər vəzifədən çıxarılıb.

Azinforum.az aznews.az-a istinadən xəbər verir ki, nazirliyin Kadrlar İdarəsinin rəisi, general-mayor Rasim Əliyev vəzifəsindən azad edilib.

General-mayor Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsinə gətirilib.

Məlumat üçün bildirək ki, sözügedən vəzifənin rəisi, polkovnik Rüfət Əmirov dünən bu vəzifədən çıxarılıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rasim Əliyev 2014-cü ilin may ayında Kadrlar İdarəsinin rəisi təyin edilmişdi. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi postunda

Həmçinin oxuyun

“Şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq” – Hikmət Hacıyev

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 …

Bir cavab yazın