Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Partiya sədri DYP-nin ifşasına başlayıb – “Videoları yayacam…”

Partiya sədri DYP-nin ifşasına başlayıb – “Videoları yayacam…”

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qanunsuz hərəkətlər edən, sürücüləri incidən DYP əməkdaşlarının ifşasına başlayıb. Azinforum.az-ın  məlumatına görə, bu barədə partiya sədri Feysbukda paylaşdığı postunda bildirib.

E.Həsənov yazır: “Eləmədim tənbəllik, 15-20 dəqiqə ərzində, 99 YP 360 dövlət nömrə nişanlı, Elmlər Akademiyası dairəsi ilə Nərimanov dairəsi arasında dayanmadan dövrə vuran DYP maşınını qarabaqara izlədim. 15 dəqiqə ərzində heç nədən 4 maşın saxlayaraq, sənədlərini yoxladı. Amma bir yerdə lap “gül vurdu”. Düz qarşısında qoşa xətti tapdalayaraq geriyə dönən AA seriyalı maşına gözün üstə qaşın da var demədi.

Əməliyyat davam edir. Yaxın vaxtlarda video və fotoları da yerləşdirəcəyəm. İmkan olsa səsləri yazaraq ictimailəşdirəcəyəm”.

Elshen

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın