Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Ölüləri diriltmək mümkün olacaq –  FOTOLAR

Ölüləri diriltmək mümkün olacaq –  FOTOLAR

İnsanları dondurub sonra diriltmək mümkün olacaq. Hətta artıq uzun müddətdir ki, bu  məsələnin üzərində işləyən firmalar var.

Gununsesi.info-nun turkaznews-a istinadən verdiyi məlumata görə, Cryonics adı verilən sistemlə insanlar dondurulur, lazımi vaxta çıxarılırlar. Kampaniyanın rəsmi saytı Cryonics.org-da daxil olduğunuz zaman “Gələcəyinizə xoş gəlmisiniz” yazılır.

Bu fikrə inanan insanların da sayı artıq az deyil. Doktor Paul Segal iti Milesi dondurub daha sonra diriltməsindən sonra belə bir şeyin insanlarda da mümkün olacağına inam daha çox artıb.

İndi isə keçək bunun necə olacağına. Bu tip dondurma məsələsini daha çox hal-hazırda çarəsiz xəstəliyə tutulanlar üzərində tətbiq edirlər. Məsələn xərçəng xəstəliyinə tutulan bir insan firmaya müraciət edir. Şəxsin bədəni öldükdən dərhal sonra dondurulur və gələcəkdə həmin xəstəliyin çarəsi tapıldığı zaman saxlanıldığı yerdən çıxarılaraq müalicə edilməyə başlayır.

ABŞ-ın əsasını qoyan Benjamin Franklin o zaman ölümü gecikdirmək üçün araşdırmalar aparan məşhur tibb alimi Jacques Dubourga 1773-cü ildə məktub yazıb. “Kaşki insanları dondurub gələcəkdə oyandıra biləcəyimiz tibbi bir metod olsaydı. Bu sayədə Amerikanın 100 il sonrasını 1 günlük belə olsa görməyi, ardından ölməyi belə qəbul edə bilərdim. İrəliləyən zamanlarda elmin bunu bacaracağına inanıram”

Daha sonra bu metod xəyal olmaqdan çıxdı və alimlər dondurularaq yenidən həyata qaytarılmaq üzərində təcrübələr aparmağa başladılar.

12 yanvar 1967-ci il : Cryonics İnistitutunda dondurulan ilk insan Kaliforniya universitetində psixologiya professoru olan  James Bedforddur.

O vaxtkı dönəmdə Cryonics  sistemi indikinə nisbətən daha zəif inkişaf etdiyi üçün Benfordun bədəni hələ də  dondurulmuş olaraq saxlanılsa da, bəzi hüceyrələrin zərər gördüyü deyilir.

Yaşananlardan sonra ilə maraqlananlar insan hüceyrələrinə zərər verməyəcək dondurma yöntəmləri üzərində işlədilər. Daha sonra 9 insan daha donduruldu.

1979-cu il isə Cryonics üçün faciəvi il oldu. İnistitutda saxlanılan 9 cəsədin donunun açıldığını ictimaiyyətə elan etdilər. Dondurulan bədənlər çürümüşdü. Sonradan məlum oldu ki, enerji izaliyasiyası tam 6 ildir ki, işləmir. Bu səbəbdən soyutma sistemi çökmüş vəziyyətdə idi. İnistitutdan ancaq ilk dondurulan insan Benfordun cəsədini xilas etmək mümkün oldu.

1977-ci ildə qurulan Alcor, cryonics sahəsində o gündən bu günə lider şirkət olaraq tanınır. Lakin bu sahədə 2-3 başqa şirkət də var.

Bu şirkətlərdə razılaşmış, ölmüş və donmuş halda gözləyən ən az 230 insan var. Öldüyü zaman dondurulması üçün müqavilə imzalayan insanların sayı isə 1000-i keçib.

Həmin insanların kontroldan və ya Amerikadan uzaqda ölməsi ehtimalı nəzərə alınaraq onlara qolbaq və ya boyunbağı verilir. Bu aksesuarların üstündə öldüyü halda təcili şəkildə hara göndəriləcəklərinə dair məlumat yer alıb. Bundan başqa “dəfn etməyin, tibbi ekspertizaya soxmayın”yazılıb.

Ən çox maraq doğuran sual isə “bu iş neçiyədir?” olur. Bu xidməti verən Cryonics.org saytında “Həyat pulla ölçülməyəcək dərəcədə qiymətlidir” yazılıb. Yəni devizlərindən də bəlli olduğu kimi heç də  ucuz bir prosedur deyil.

Bu işi ən ucuza görən firma 28 min dollar tələb edir. Ən məşhur firma Alcor isə cəsədin dondurulması qarşılığında 150 min dollar istəyir.

Bu bütün bədənin dondurulmasının qiymətidir. Bir də, təkcə baş saxlama qiyməti var. Belə ki, əgər dondurulmaq istəyən insan gələcəkdə bir hüceyrədən bədən yaradıla biləcəyinə inanırsa həmin şəxsin başı kəsilir və dondurulur. Bu prosedurun Alcor firmasındakı qiyməti 80 min dollardır.

Dünyanın fərqli ölkələrindən insanlar artıq bu yenilikdən istifadə etmək üçün müraciət edirlər. Qardaş ölkə Türkiyədə də belə bir şəxs var. Çerkez Ethemin qohumu Güner Kuban belə bir müqavilə imzalayıb, yəni öldükdən sonra dondurulmağı gözləyir.

oluler-dirilecek2

oluler-dirilecek3

oluler-dirilecek4

 

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın