Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Oğlum evdədir, onu heç kim saxlamayıb” – İlhamə Quliyeva

“Oğlum evdədir, onu heç kim saxlamayıb” – İlhamə Quliyeva

“Oğlumun saxlanılmağı ilə bağlı yayılan xəbərlər yalandır”.

Bunu APA-ya xalq artisti İlhamə Quliyeva deyib. Onun sözlərinə görə, xəbər qərəzli olaraq yayılıb: “Bunu bizim ailəmizi istəməyən adamlar, qulluqçumun adamları yayıb. Oğlum evdə, ailəsinin başındadır. Özü oxuyub, mənə zəng edir, gülürdü”.
İ. Quliyeva oğlunun dostu Vüqar Bəşirovun da saxlanılmasını təkzib edib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzeti İ. Quliyevanın oğlu Orxan Nadirov və onun tanışı Vüqar Bəşirovun Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması haqqında xəbərlər yayıb.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın