Cümə axşamı , Sentyabr 19 2019
Ana səhifə / Siyasət / Nazirlik vəzifəli şəxslərini cəzalandırdı, bir neçəsini işdən qovdu

Nazirlik vəzifəli şəxslərini cəzalandırdı, bir neçəsini işdən qovdu

Azərbaycanda rayon mədəniyyət və turizm şöbələrinin əməkdaşları cəzalandırılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Modern.az saytına verilən məlumata görə, bu gün nazirliyin kollegiya iclasında şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Yevlax şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri İlqar Əhmədovun tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Şöbənin məsləhətçisinə, MKS-in, musiqi və incəsənət məktəbləri və muzeyin direktorlarına töhmət elan olunub və nöqsanların aradan aldırılması üçün onlara 3 ay vaxt verilib.

Nazir Əbülfəs Qarayev Ağdam və Cəlilabad rayon Mədəniyyət və turizm şöbələrinin fəaliyyəti ilə bağlı ciddi qüsurların qeyd olunduğunu bildirib.

Kollegiyanın qərarı ilə Ağdam rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Şahin Qasımova töhmət elan olunub.

Cəlilabad rayon Mədəniyyət və turizm şöbəsinin müdiri İsa Allahverdiyevin işdə ciddi nöqsanlara, kadrların yerləşdirilməsində qanunsuz hərəkətlərə yol verdiyi qeyd edilərək tutduğu vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Həmçinin oxuyun

Misir Mərdanov özünü oliqarx hesab etmir – VİDEO

”Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 …

Bir cavab yazın