Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Nazirlik İlkin Rüstəmzadəylə bağlı iddialara – Cavab verdi

Nazirlik İlkin Rüstəmzadəylə bağlı iddialara – Cavab verdi

Ədliyyə Nazirliyi həbsdə olan “NİDA”çı gənc İlkin Rüstəmzadənin səhhətinin ağırlaşması, bel nahiyəsində ağrıların olması və buna baxmayaraq müalicə olunmaması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Tibb Baş idarəsinin rəis müavini İftixar Qurbanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İ.Rüstəmzadə bel nahiyəsindəki ağrılar yox, həzm sistemindəki narahatlıqla bağlı onlara müraciət edib:

“Onun müraciətindəki problem yüngül simptomlardır. Bununla bağlı biz bu gün onu müayinə etməsi üçün mütəxəssislər göndərmişik. Müayinənin sonunda mütəxəssislərin rəyinə uyğun tədbir görüləcək. Hazırda İlkin Rüstəmzadənin ümumi səhhəti stabildir, diqqət cəlb edən narahatlığı yoxdur. Onun səhhətində təcili yardım tələb edən, həyati təhlükə daşıyan heç bir tibbi əlamət görünmür. Şikayəti yalnız həzm sistemindəki narahatlıqla bağlıdır”.

Qeyd edək ki, İ.Rüstəmzadə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi, 28.1-ci (Cinayətə hazırlıq)və 220.1-ci (Kütləvi iğtişaş təşkil etmə)maddələri ilə ittiham olunub. Belə ki, o “Harlem Shake” videoçarxını hazırlamaqda və onu yutubda yerləşdirməklə xuliqanlıq etməkdə təqsirləndirilir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

AP Azərbaycan rəsmilərinə sanksiya tələb edir – Qətnamə

Aprelin 25-də Avropa Parlamenti Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı qətnamə qəbul edib.Bu barədə təşkilatın …

Bir cavab yazın