Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb – FOTO

“Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb – FOTO

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, Bakı Dövlət Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru, Məmməd Çıraqovun elmi məsləhətçiliyi və redaktorluğu ilə dərc olunan kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir.
Nəşrdə müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, aqressiv mühitə davamlılığı, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb. Kitabda təbii seolitlərin quruluşları, tərkibi, fiziki-kimyəvi xassələri, təsnifatı və nomenklaturası, tətbiq sahələri haqqında yığcam məlumatlar şərh edilib.

Həmçinin oxuyun

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci …

Bir cavab yazın